Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəhbərliyinin dəyişdirilməsi ilə bağlı Prezident Vladimir Putinin fərmanı yoxdur.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Kremlin belə dedi-qoduları şərh etmədiyini söyləyib: "Bunlar tamamilə Telegram yalanlarıdır".
Qeyd edək ki, bir müddət öncə Rusiyanın hərbi yönümlü Telegram kanalları Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifəsindən azad olunması barədə xəbər yayıb.
