Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlamaq üçün bütün ilkin şərtlər var.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Qarabağda davamlı atəşkəsə və təxliyə edilmiş mülki şəxslərin geri qaytarılması ehtimalına ümid edir.

Kremlin sözçüsü əlavə edib ki, regionda (Cənubi Qafqaz-red) nəqliyyat dəhlizlərinin açılması ilə bağlı hələlik heç bir konkretlik yoxdur.

Peskov Rusiya sülhməramlılarının Qarabağda həlak olması ilə bağlı araşdırmanın aparıldığını da söyləyib. O qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağdakı insanların təhlükəli əraziləri tərk etmələrinə kömək etmək üçün hər cür səy göstəriblər.

.