Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığına uyğun olaraq Ermənistan-Azərbaycan sərhədində münaqişənin gərginləşməsi ilə bağlı ciddi ekspert işləri aparılır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Dünən gecə Ermənistanın Baş naziri Paşinyanla telefon danışığı oldu. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, orada baş verən ciddi gərginlik müzakirə olundu. Baş verən söhbətə uyğun olaraq hazırda sərhəddə ekspertlər səviyyəsində intensiv iş aparılır. Hələlik daha çox deməyəcəm. Bu işin nəticələri barədə sizə məlumat verəcəyik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

"Təbii ki, Rusiya Federasiyasının rolunu, şəxsən Putinin rolunu qiymətləndirmək çətindir. Təbii ki, prezident sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün əlindən gələni edir. Bu səylər davam edir", - Dmitri Peskov əlavə edib.

.