Avropalı siyasətçilər özünümüdafiə instinktinə sahib deyil.

Kremlin sözçüsü Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun açıqlamalarına münasibət bildirən zaman bunu deyib.

Peskov qeyd edib ki, bu, Rusiyanı ayıq-sayıq olmağa məcbur edir.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron 26 fevralda bəyan edib ki, 20-yə yaxın Qərb ölkəsinin nümayəndələri ilə Parisdə görüşü çərçivəsində NATO-ya üzv ölkələrin quru qoşunları hərbçilərinin Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə edilib. Makronun sözlərinə görə, görüş iştirakçıları məsələ ilə bağlı konsensus əldə etməyib, lakin gələcəkdə belə bir razılaşmanın əldə edilməsi istisna olunmur.

.