Rusiya Türkiyəyə "Türk Axını" və "Mavi Axın" qaz kəmərlərinin infrastrukturuna Ukrayna tərəfinfən artan təhlükə ilə bağlı narahatlıqlarını müntəzəm olaraq çatdırır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml əmindir ki, Türkiyə Qara dənizdəki boru kəmərlərinə qarşı hücumlara qarşı Kiyevi xəbərdar etmək üçün ona təsir göstərə bilər.

"Biz türk həmkarlarımıza "Türk Axını" və "Mavi Axın" qaz boru kəməri infrastrukturuna artan təhlükə ilə bağlı narahatlıqlarımızı müntəzəm olaraq çatdırırıq. Bütün ətraflı məlumatları dəfələrlə Türkiyə tərəfinə çatdırmışıq və onların məlumatlandırılması üçün bunu etməyə davam edəcəyik. Əminik ki, Türkiyə Ukrayna tərəfinə təsirindən istifadə edərək onu bu cür ehtiyatsız hərəkətlərə qarşı xəbərdar edə bilər".

.