Avropa ölkələri Hörmüz boğazındakı vəziyyətlə əlaqədar Rusiyadan enerji təchizatını bərpa etməyi və ya artırmağı xahiş etməyiblər.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml sözçüsü jurnalistlərin bu məsələ ilə bağlı suallarını cavablandırarkən deyib ki, Avropa İttifaqı ölkələri tərəfindən belə bir sorğu gəlməyib:
"Bilirsiniz ki, hazırda Ukraynanın şantajı ilə üzləşən Macarıstan və Slovakiya da daxil olmaqla, neftimizin alıcıları var. "Drujba" boru kəməri vasitəsilə təchizatın qəsdən bloklanması ilə bağlı şantajı nəzərdə tuturam".
.
