
Lisenziyası ləğv edilən "AzKreditbank” ASC müştəriləri üçün elan yayıb.
Həmin elanda bank müştərilərinə lisenziyanın ləğvinin bankdan borcalanları kredit müqaviləsi üzrə öhdəliklərdən heç də azad etmədiyini xatırladır. Kreditlərin vaxtlı vaxtında ödənilməsinin zərurət olduğu vurğulanır.
Bank kreditlərin Nizami küçəsi 167-də yerləşən ofisində həyata keçirildiyini xatırladaraq ödənişlər gecikdirildiyi halda uyğun tədbirlər görüləcəyi xəbərdarlığı edir.
Amma maraqlısı budur ki, bank əmanətçilərə əmanətlərinin qaytarılıb qaytarılmayacağı haqda hər-hansı mövqe ifadə etmir.
Mərkəzi Bank adı çəkilən bankın lisenziyasını bu il iyulun 10-da ləğv edib və oraa müvəqqəti inzibatçı təyin edib.
.