Bu haqda novoye-vremya.com saytına Azərbaycan hakimiyyətindəki mötəbər mənbe xəbər verir.
Mənbənin verdiyi xəbərə görə ABŞ-ın Azerbaycandaki keçmiş səfirinin "dilinin açılmasına səbəb" onun ölkəmizdəki iqtisadi maraqlarının təmin olunmaması olub.
"Azərbaycan hakimiyyətinin əleyhinə tənqidi fikirlər səsləndirən Kozlarıç, səfirlik müddəti başa çatdıqdan sonra hökumətə müraciət edirək neft kontraktlarından pay istəyib. Azərbaycan hökumətinin ona pay verməkdən imtina etməsindən sonra isə cənab Kozlariç hakimiyyəti tənqid atəşinə tutub", deyə mənbi bildirir.
Qeyd edirik ki, saytımız bu iddianın doğruluğunu sübut etmək üçin hazırda Kozlarçlə əlaqə saxlamağa çalışır.
