COP29 çərçivəsində keçirilən Kosmik Agentliklərin Liderlərinin Sammitində Bakı bəyənnaməsi qəbul edilib.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) idarə heyətinin sədri Saməddin Əsədov deyib.

S.Əsədov bildirib ki, bəyənnaməyə əsasən, ölkələr kosmosla bağlı strategiya və proqramlarını vahid çərçivəyə gətirməyə çalışacaqlar:

"O cümlədən, dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlərlə bağlı təcili birgə səylər göstərərək həmin yerlərə yardımlarını çatdırmağa çalacaqlar. Bəyənnamənin digər mövzusu odur ki, kosmik agentliklər ekologiya, iqlim dəyişikliyi ilə bağlı təşkilatlar, vətəndaş cəmiyyətləri ilə işlərini daha da altivləşdirib onların ehtiyaclarını daha dərindən başa düşmək və peyklərlə əldə etdikləri məlumatları son istifadəçiyə daha sərbəst və rahat şəkildə çatdırmağa çalışmalıdır".

.