Qətərdə keçirilən dünya çempionatında korrupsiya əməllərinin araşdırılması ilə bağlı Avropa Parlamentinin (AP) təhlükəsizlik qüvvələri Strasburqda 10 ofisin fəaliyyətini dayandırıb.

Bu barədə “Politico” məlumat yayıb.

Bildirilib ki, araşdırma nəticəsində AP-nin vitse-prezidenti Eva Kayli və daha 3 nəfər həbs olunub.

Əlavə olunub ki, AP-nin italyalı deputatı Pyetro Bartolonun köməkçisinin də ofisi bağlanıb.

.