“Ermənistan 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası İrəvan tərəfindən bilərəkdən yubadılır”.

Bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko “Telegram” kanalında yazıb.

Moskvada 8 Noyabr - Zəfər Günü qeyd edilib - FOTO
Çavuşoğlu: "Can Azərbaycanın bu çətin günlərdə dəstəyi çox qiymətlidir”
Nazir: Azərbaycan ABŞ-ın Ermənistan XİN rəhbəri ilə görüş təşəbbüsünə razılıq verib
Korotçenko iki il əvvəl üçtərəfli bəyanatın, İkinci Qarabağ müharibəsində Ermənistanın de-fakto kapitulyasiya aktının imzalandığını, İrəvanın üzərinə bir sıra öhdəliklər götürdüyünü, lakin onların əksəriyyətinin Paşinyan hökuməti tərəfindən hələ də yerinə yetirilmədiyini xatırladıb: ”Bu gün vəziyyət necə görünür:

▪ Ermənistanın qanunsuz silahlı birləşmələri və Ermənistan ordusunun nizami hərbi qulluqçuları Qarabağ ərazisində qalmaqda davam edir.

▪ Zəngəzur dəhlizi işə salınmayıb, üstəlik, bu yaxınlarda Soçidə keçirilən sammitdə Paşinyan bu öhdəliyi yerinə yetirməkdən ümumiyyətlə imtina edib.

▪ Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası İrəvan tərəfindən bilərəkdən yubadılır.

▪ İşğaldan azad edilmiş ərazilərdə ermənilərin minalanmış sahələrinin xəritələri Azərbaycana təhvil verilməyib.

▪ Qarabağda erməni separatçı administrasiyasının qanunsuz fəaliyyəti davam edir. Üstəlik, qondarma “DQR”i canlandırmaq üçün beynəlxalq erməni diasporlarının himayədarı olan milyarder Ruben Vardanyanın fiquru oyuna salınıb.

▪ Ermənistan tərəfi mütəmadi olaraq silahlı təxribatlar və insidentlər təşkil edir, təmas xəttində Azərbaycan mövqelərini atəşə tutur, minalamaq və təxribat törətmək üçün Azərbaycan ərazisinə basqınlar edir.

▪ İrəvanın səyləri ilə regiona kənar oyunçular – Aİ (məşhur “müşahidə” missiyası), ATƏT, Fransa və ABŞ cəlb olunur, hansıların ki, məqsədi Cənubi Qafqazda sabitliyi pozmaqdır”,- deyə rusiyalı ekspert yazıb.

.