Koronavirusun yayılması hava şəraitindən çox insanlardan asılıdır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Skoltex Universitetinin professoru Georgi Bazıkin koronavirusun mövsümi xəstəlik olma ehtimalını qiymətləndirərkən deyib.

Onun sözlərinə görə, mövsümi xəstəliklər, adətən, hər mövsüm qayıdan xəstəliklərə deyilir:

“Bizim bu günə qədər yalnız bir mövsümümüz olub. Həmçinin, bu virusun mövsümilik dərəcəsi məlum deyil. Onun yayılmasının qış, yaxud yaydan nə qədər asılı olduğu da bilinmir. Hələ ki, bu və ya digər istiqamətdə heç bir güclü siqnal görmürük. ABŞ-da yayın tam ortasıdır və orada yoluxmaların sayı artır, başqa ölkələrdə isə azalmaqdadır”, - deyə o bildirib.

Ekspert bildirib ki, məsələn, atipik pnevmoniyanın mövsümiliyi yoxdur.

“Bu, daha çox insanların işə, dərsə, stadiona getməsindən, yoxsa evdə qalmasından asılıdır. Ancaq küçədə havanın necə olması ilə bağlı asılılıq görmürük. Əgər bu, havadan güclü şəkildə asılı olsa, çox təəccüblənərəm. Mövsümilikdən danışmaq hələ tezdir”, - deyə o sözlərini yekunlaşdırıb.

.