Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1763 yeni yoluxma faktı qeydə alınıb, 2 499 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 25 256 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 509, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 325, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 16 422 nəfərdir.

.