Çin hökuməti həşərat hüceyrələrindən hazırlanmış koronavirus peyvəndini könüllülər üzərində sınağına icazə verib.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Agentliyin yaydığı məlumatda qeyd olunur ki, dovşanlar və primatlar üzərində aparılan sınaqlar zamanı məlum olub ki, preparat 7-14 gün ərzində yan təsirlər olmadan orqanizmdə koronavirus infeksiyasına qarşı immunitet yaratmaq iqtidarındadır.

Qeyd olunur ki, Çin ilk dəfədir ki, həşərat hüceyrələrindən hazırlanmış peyvəndin sınağını həyata keçirir. 

.