Şimali Koreya Əmək Partiyasının yaradılmasının 69-cu ildönümü ilə bağlı mühüm siyasi tədbirdə Şimali Koreya liderinin iştirak etməməsi ölkədə siyasi vəziyyət və onun səhhətilə bağlı spekulyasiyalara yol açıb.
Kim Çen Inın adı atası və babasının dəfn edildiyi Günəş Memorialına gələn rəsmi qonaqlar siyahısında qeyd olunmayıb.
Beləliklə, Şimali Koreya lideri 2011-ci ildə hakimiyyətə gələndən bəri bir aydan artıqdır ki, rəsmi tədbirlərdə gözə dəymir. Bu da şayiələrə zəmin yaradıb.
Sentyabr ayında dövlət televiziyası Şimali Koreya liderinin "fiziki vəziyyətinin rahatsız” olduğunu xəbər verib. Bundan sonra bir ayağnı çəkərək yeriyən Kim Çen Inın görüntüləri yayımlanıb.
Cümə günü Cənubi Koreya Kim Çen Inın kommunist dövlətinə nəzarət etdiyinə inandığını bildirib.
"Belə görünür ki, Kimin hakimiyyəti normal fəaliyyətindədir” - "Yonhap" agentliyində Cənubi Koreya naziri Lim Byeong-Cheolun sözlərindən iqtibas gətirilir.

Səhhəti ilə bağlı problemlər?

Cümə günü Əmək Partiyasının yaradılmasının 69-cu ildönümü ilə bağlı Şimali Koreya rəsmiləri, ölkənin sabiq kommunist rəhbərləri Kim Il-Sung və Kim Jong-İl-in dəfn edildiyi mavzoleyə baş çəkiblər.
Son 3 ildə ilk dəfədir ki cənab Kimin adı bu tədbirə gələn rəsmilə siyahısında olmayıb.
Şimali Koreyanı idarə edən atası Kim Çen İl 2011-ci ildə vəfat edəndən sonra hakimiyyət başına gələn Kim Çen In sentyabrın 3-dən bəri ictimaiyyət qarşısına çıxmayıb. Onun yoxluğu səhhəti və hakimiyyətə nəzarəti ilə bağlı şayiələrə səbəb olub.
Kim Çen Inın qeyb olması ölkədə nəsə arzuedilməz bir şeyin baş verməsinə dair təəssüratları gücləndirir.
Şimali Koreyanı yaxından izləyənlər onun əleyhinə saray çevrilişi ideyasını istisna edir və deyirlər ki, ordudan qeyri-adi hərəkətlər müşahidə edilməyib və dövlət mediasında "ali lider"in şəninə təriflər davam edir.
Şənbə günü Şimali Koreya orqanları onun ölkənin atletlərinin Asiya oyunlarında uğurlar qazanmasına kömək etməsindən danışıb. O, həmçinin yaxın dairələrinin Seula səfər etməsinin arxasında duran aparıcı qüvvə kimi tərif olunub.
O yəqin ki, xəstə yatağındadır, amma hakimiyyət gücü azalmayıb.

Çevriliş ehtimalları

Adı məxfi saxlanılan mənbələrin məlumatına istinad edən Cənubi Koreya mətbuatı 31 yaşlı liderin podaqra xəstəliyindən əziyyət çəkdyini yazır.
Sentyabr ayındakı məlumatında "Yonhap" agentliyi podaqradan onun atası, qardaşı və babasının da əziyyət çəkdiyini bildirmişdi.
Son zamanlar Şimali Koreya liderinin yüksək rütbəli hərbi koməkçisinin ictimai tədbirlərə qatılması Kim Çen Inın devrilməsi ilə bağlı şayiələrə səbəb olub.
Cənab Hvanq Asiya oyunlarının bağlanışı mərasiminə gedən Şimali Koreya rəsmilərinin nümayəndə heyətinə rəhbərlik edib. Bu səfər Şimali və Cənubi Koreya arasında yüksək səviyyəli danışıqlar üçün nadir imkan kimi görülür.
Şayiələrin heç biri öz təsdiqini tapmayıb. Əksinə, təhlilçilər deyirlər ki, general Hvanq Pyonq Sonun Cənubi Koreaya səfəri vaxtı Şimali Koreya mediasında cənab Kimin liderliyi barədə yayımlanan xəbərlər onun hələ də hakimiyyət başında olduğuna dəlalət edir.
Bu, Şimali Koreya liderinin uzunmüddətli ictimai həyatdan kənarlaşmasının ilk halı deyil. 2012-ci ilin mart ayında Kim Çen In 21 gün ərzində ictimaiyyət qarşısına çıxmayıb.
Həmin ilin iyun ayında isə onu 24 gün ərzində görməyiblər. 2013-cü ildə təkrar baş verən bu hal 18 gün davam edib (BBC).
.