Konyada Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başlayıb."Anadolu” agentliyinin verdiyi məlumata görə, təlim "TURAZ Şahini 2015” adlanır.
Uçuş təlimləri Anadolu Qartalı Hava Meydanında həyata keçirilir.
Təlimlərdə MIG-29 və F-16 təyyarələri iştirak edir.
Bu, Azərbaycan Hərbi Hava Qüvvələrinin qatıldığı ilk xarici uçuş təlimidir..
