Müğənni Könül Kərimova anası və bacısı ilə birlikdə "10-dan sonra” verilişinə qonaq olub. 

Axşam.az-ın məlumatına görə, sənətçi dünyasını dəyişmiş atasını xatırlayaraq, göz yaşlarını saxlaya bilməyib: 

"Mənə qalsaydı heç vaxt müğənni olmazdım. Anamın təkidi ilə sənətə gəlmişəm. O qədər məcbur edirdi ki, hərdən küsürdüm. Atam bizim xoş günümüzü görmədi. O sağ olanda biz birotaqlı evdə yaşayırdıq. Çətin vəziyyət idi, birin tapanda, digərini tapa bilmirdik. Atam özümə xoş gün qurmağımı görmədi. Anamız bizi nazlamayıb, hər şeyə ciddi yanaşıb, tələbkar olub. Heç vaxt başımızı sığallamayıb”.

K.Kərimova daha sonra bacısı Sevinc xanımla duet oxuyub.







 .