ABŞ İsveçin oktyabr ayında NATO-ya üzv olacağını gözləyir.
SVT telekanalı xəbər verir ki, bu barədə İsveçdə səfərdə olan ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri konqresmen Maykl MakKaul İsveç xarici işlər naziri Tobias Billströmlə keçirdiyi mətbuat brifinqində deyib.
O bildirib ki, ABŞ İsveçin NATO-ya üzv olmasını səbirsizliklə gözləyir.
"ABŞ İsveçin Türkiyə tərəfindən ratifikasiyasının oktyabrda baş verəcəyini gözləyir. Mən onların (Türkiyə -red.) bu məsələdə geri çəkiləcəklərinə dair heç bir işarə görmürəm", o deyib.
İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edəcəyi təqdirdə Türkiyənin ABŞ-ın F-16 təyyarələrini ala bilib-bilməyəcəyi ilə bağlı suala cavab olaraq MakKaul deyib ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünə icazə vermədiyi müddətcə F-16-ların satışı aktual deyil.
