Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 164 nəfər ölüb.
“Reuters“in xəbərinə görə, ölkədə son onilliklərdə ən güclü zəlzələlərindən biri olan təbii fəlakətdən sonra xilasetmə işləri artıq ikinci gündür davam edir.
Fövqəladə hallar xidmətinin əməkdaşları dağılan binaların və uçmuş evlərin dağıntıları altında qalan insanları axtarır.
Ölənlərin sayının daha da artacağı gözlənilir.
.
