Kolumbiyada şaxtada partlayış olub.
Yenizaman.az"RT"ə istinadən xəbər verir ki, bu barədə ölkənin regional hökuməti məlumat yayıb.
Məlumata görə, hadisə Boyaka departamentində, Koralles bələdiyyəsinin Reyes-Patriya kəndində baş verib. Partlayış nəticəsində 6 nəfər həlak olub.
Risklərin İdarə Olunması Departamentinin rəhbəri German Bermudes bildirib ki, fövqəladə xidmətlər hadisə yerində işləyir.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
.
