
Kolumbiyada günün günorta çağı fişəng zavodunun partlaması yanğınsöndürənləri qorxuya salıb. Zavodun partlaması nəticəsində ətrafa fişəng və raket
hissələri səpələnib.
Bu səbəbdən, Kolumbiyanın Qranada şəhərinə gedən bütün yollar bağlanıb. Fişəng zavodunun partlaması şəhəri sanki müharibə zonasına çevirib və şəhərə giriş-çıxış qadağan olunub. Dünən səhər saatlarında baş verən hadisədə yalnız bir insan xəsarət alıb.
Yeni il tətilindən paytaxt Boqotaya qayıtmaq istəyən insanlar hadisə nəticəsində evlərinə qayıda bilməyib və Qranada şəhərində ilişərək qalıblar.(publika.az)