“Qarabağa investisiya yatırılmasına maraq böyükdür, bu məsələ prioritetə çevrilib”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (kobia) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) deyib.

Onun sözlərinə görə, bu günə qədər sahibkarlardan Qarabağda biznes qurmaq üçün 900 müraciət daxil olub və Agentlik onlara dəstək verrməyə hazırdır.

.