
Ukraynada başlayan hərbi münaqişəyə Gürcüstanın da birbaşa cəlb edilməsi cəhdi olub və bizim qərarlarımız ölkəmizin ikinci cəbhəyə çevrilməməsində həlledici rol oynayıb.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib:
"İrakli Qaribaşvilinin üç il əvvəl verdiyi bəyanatı hamımız xatırlayırıq. Bu bəyanat mən deyərdim ki, tarixi qərar və bəyanat idi. O zaman Gürcüstanda vəziyyəti gərginləşdirmək, Ukraynada başlayan hərbi münaqişəyə Gürcüstanı birbaşa cəlb etmək cəhdi var idi və bizim qərarlarımız Gürcüstanın ikinci cəbhəyə çevrilməməsində həlledici rol oynadı”.
Kobaxidze qeyd edib ki, Gürcüstana göstərilən təzyiqlərin, Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi tələbinin əsas məqsədi eskalasiyaya və Gürcüstan iqtisadiyyatının çökməsinə nail olmaq olub.
.