Gürcüstanda qeyri-hökumət təşkilatları (QHT) dövlət büdcəsindən xarici donorlardan aldıqları maliyyədən bir-iki dəfə çox vəsait alacaqlar.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə danışıb.
Hökumət ofisində keçirilən brifinqdə İ.Kobaxidze bildirib ki, Gürcüstan hökuməti “Xarici agentlər” reyestrində qeydiyyatdan keçmiş QHT-lər üçün qrant proqramı yaradacaq.
"Öz işini layiqincə yerinə yetirən və gürcü xalqının mənafeyinə xidmət edən qeyri-hökumət təşkilatları dövlət büdcəsindən xarici donorlardan aldıqları maliyyədən bir-iki dəfə çox vəsait alacaqlar”, - deyə Baş nazir vurğulayıb.
.