Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski ilə bağlı sərt açıqlama verib.

Bu barədə Baş nazir jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O bildirib ki, Aİ səfiri ölkədə radikalizm və qütbləşməni qızışdırmağa birbaşa cəhd göstərib:

"Xüsusən də Avropa İttifaqının səfirinin birbaşa olaraq radikalizm və qütbləşməni qızışdırmağa çalışması çox üzücü və təəssüf doğuran haldır. Bu, Avropa bürokratiyasının mənfi tərəfinin açıq şəkildə görünməsidir."

Kobaxidze qeyd edib ki, məsələ ilə bağlı əlavə şərh verməyi zəruri saymır:

"Təəssüf ki, həmin şəxs radikalizmin və qütbləşmənin qızışdırılmasında bilavasitə iştirak edib. Konkret bir səfirin belə fəaliyyət göstərməsi çox acınacaqlıdır. Mənim üçün bu mövzu artıq maraqlı deyil və əlavə şərh verməyi lazım görmürəm".

.