Klublararası dünya çempionatında ilk dəfə oyunçu dəyişikliyi ilə bağlı yeni qaydadan istifadə olunacaq.
FIFA-nın rəsmi saytı xəbər verir ki, oyun vaxtı hər hansı futbolçu beyin sarsıntısı keçirirsə, əlavə əvəzetməyə icazə veriləcək.
Komandalar matç ərzində bu imkandan yalnız bir dəfə yararlana biləcəklər. Turnirdə ümumi əvəzetmə sayı isə beş olacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı bu ilin ikinci yarısında Yaponiyada keçiriləcək. Turnirin son qalibi İngiltərənin "Liverpul" klubudur.
.