Moskvada "WBC Silver” titulu uğrunda boks yarışının finalı keçirilib. Rusiyalı ağır çəkili Aleksandr Povetkin çempionluq kəmərinin sahibi, kamerunlu Karlos Takama ilə döyüşüb.
Publika.az bildirir ki, görüşün ilk 4 raundunda kamerunlu daha aktiv olub. Hakimlər ilk raundlarda üstünlüyü və xalları məhz Takamaya veriblər. Qələbəyə köklənən afrikalı fasilələrdə də sakitləşməyib və skamyada oturmayıb.
Tribunalarda olan azarkeşlər çılğınlıqla Povetkinə dəstək olublar. 4-cü raunddan sonra vəziyyət dəyişib. 6, 7, və 9-cu raundlarda Aleksandr xal hesabında irəlidə olub. 10-cu raundun sonuna yaxın isə rusiyalı güclü zərbələrlə kamerunlunu əldən salıb.
Növbəti güclü zərbədən sonra Karlos Takama nokauta düşüb. Zərbə elə güclü olub ki, kamerunlu güclə ayağa durub. Qeyd edək ki, Aleksandr Povetkinin arzusu Vladimir Kliçko ilə revanş matçına çıxmaqdır. Bunun üçün rusiyalı hələ iki döyüşdə də qalib olmalıdır.
Virtualaz.org xatırladır ki, bu, A. Povetkinin peşəkar rinqdə keçirdiyi 29 görüşdə 28-ci qələbəsi (20-si nokautla) olub. Rusiyalı boksçu indiyədək cəmi 1 görüşdə uduzub, o da Vladimir kliçkoya.
.