Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşü vacib adlandırıb.

Toivo Klaar bu barədə "Twitter"də bildirib.

“Dünən Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında vacib görüş olub. Ararat Mirzoyan və Ceyhun Bayramovun ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirakı sevindirici haldır”, - Klaar qeyd edib.

.