Kiyevin Qələbə prospektində "Berkut” xüsusi təyinatlı milis dəstəsinin əməkdaşları Ukraynanın keçmiş daxili işlər naziri Yuri Lutsenkonun başını yarıblar.
"RBC”-nın verdiyi məlumata görə, bu haqda Lutsenkonun mətbuat katibi Larisa Sarqan bildirib. Lutsenko xəstəxanaya aparılıb.
Bundan əvvəl Kiyevdə Arvopaya inteqrasiya tərəfdarları "Berkut” xüsusi təyinatlılarının avtobuslarını mühasirəyə alıb. Xüsusi təyinatlılarının gəldikləri avtobusların yolunu kəsən aksiya iştirakçılarına qarşı hücum başlanılıb.
Kiyevdə gərginlik "Ukrayna patriotları” təşkilatının üç üzvünün hərəsinin 6 il azadlıqdan məhrum edilməsi xəbərindən sonra başlayıb. Məhkəmənin hökmü ilə onlar 2011-ci ildə, Borispolda V.Leninin heykəlini partlatmaq niyyətində olduqlarına görə məhkum olunublar.
.