Ukraynanın "Avromeydan” adlanan meydanında keçirilən etiraz aksiyası səngimir.
Xüsusi təyinatlıların mitinqə müdaxiləsinə baxmayaraq meydanı boşaltmaq mümkün olmayıb. Etirazçılar barrikada quraraq meydanda qalacaqlarını bildiriblər.
Polis müxalifətin meydandakı çadırlarına yaxınlaşmaq istəsə də, aksiyaçılar buna imkan verməyib. Canlı divar yaradan aksiyaçıların müqaviməti ilə üzləşən polis insan barrikadasını yara bilməyib. Bir müddət sonra ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.
Qeyd edək ki, Ukraynanın Eurovison qalibi Ruslana aksiyaya gələrək, iştirakçılar qarşısında çıxış edib.


.