Son sutka ərzində Kiyevdə müxalifətin səyyar tibbi yardım briqadalarına 1500 nəfər müraciət edib.
"İnterfaks”ın verdiyi məlumata görə, bunu Avromaydan tibb xidmətinin koordinatoru Oleq Musiy deyib.
O. Musiy bildirib ki, müraciətlərin 80 faizi sifət, ayaq və qol nahiyyələrindən alınan xəsarətlərlə bağlıdır.
Xəsarət alanların əksəriyyəti dövlət xəstəxanalarına getməkdən boyun qaçırır. Onlar oradan polisə aparılacağından qorxur.
.
