Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayının qapısını qırıblar.
Yenizaman.az "NewsOne" telekanalına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ilə toqquşma nəticəsində bir neçə nəfər xəsarət alıb. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib.
Bildirilir ki, Saakaşvili öz tərəfdarlarını təxribata uymamağa və saraya hücum etməməyə çağırsa da, mitinqçilər onu dinləməyiblər.
UNİAN-ın məlumatına görə, aksiya iştirakçıları tədricən binanın içərilərinə doğru irəliləyirlər.

.