"İTAR TASS" agentliyinin verdiyi məlumata görə, Ukraynanın paytaxtı Kiyev şəhərində Kanada səfəriliyinin əməkdaşına məxsus avtomobil yandırılıb. Hadisə dünən gecə saatlarında qeydə alınıb və diplomatik korpusun nümayəndəsi xəsarət almayıb.
Kanadanın Xarici İşlər Nazirliyi Ukraynada baş verən etiraz aksiyaarında narazı kütləni susdurmağa çalışan dövlət rəsmilərinin ölkə ərazisinə daxil olmasına məhdudiyyətlər tətbiq edib.
Bu arada Ukraynanın Təhlükəsizlik Xidməti Dnepropetrovsk vilayətində enerji obyektlərində terror aktı törətmək istəyən iki nəfəri saxlayıb. Həbs olunanların adları açıqlanmasa da, onların dövlət əhəmiyyətli obyektdə partlayış törətmək istədikləri məlum olub.
.