Kiyevdə Müstəqillik meydanının (Maydan) tibbi məntəqəsi toqquşmalarda ölənlərin sayı ilə bağlı yeni rəqəm açıqlayıb.
Yenizaman.az-ın məlumatına görə, Maydanın tibb işçiləri CNN-ə azı 100 nəfərin öldüyünü bildiriblər. Yaralıların sayı isə 500-ə yaxındır.

*** 13 : 55

Kiyedəki toqquşmalarda ölənlərin sayı 35 nəfəri ötüb.
"Ukrainskaya pravda”nın verdiyi məlumata görə, "Kazaçi” hotelinin yaxınlığında yeddi cəsəd var. Qəzet yazır ki, meyitlər səkidədir və üstlərini örtübləər. Öldürülənlərin orta yaşlı kişilər olduğu bildirilir.
Reuters agentliyi isə 15 nəfərin öldüyü barədə məlumat yayıb.
"Frans Press”in məlumatına görə, yeni toqquşmalar nətiicəsində 10 nəfər ölüb.

*** 10 : 44

Ukrayna Səhiyyə Nazirliyi paytaxt Kiyevdə baş verən toqquşmalar zamanı ölənlər və yaralananlar haqqında yeni rəqəmlər açıqlayıb. Nazirliyin saytının verdiyi xəbərə görə, qarşıdurmanın yeni dalğasının başladığı fevralın 18-dən fevralın 20-si səhər saat 06-ya olan məlumata əsasən 28 nəfər ölüb, yaralanan 445 nəfər tibb məntəqələrinə müraciət edib.
Xəstəxanalarda hazırda 287 nəfər müalicə olunur, onlarda 88-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Xəstəxanalarda müalicə alanlar arasında 6 jurnalist, yetkinlik yaşına çatmayan 4 nəfər, 2 əcnəbi və 1 müxalifətçi deputat (Vasili Pazinyak) da var.
Ümumilikdə toqquşmalarda təxminən 800 nəfər xəsarət alıb.
.