Kiyevdə müxalifətin etirazları fonunda Yanukoviç tərəfdarları da fəallaşıb. İnterfax-ın verdiyi məlumata görə, hazırda ABŞ-ın Ukraynadakı səfirliyi önündə genişmiqyaslı piket keçirilir. Minlərlə insan diplomatik nümayəndəliyi faktiki surətdə mühasirədə saxlayır. Etirazçılar Amerikadan Ukraynanın daxili işlərinə qarışmamağı tələb edirlər.
Aksiyanın təşkilatçısı olan "Kiyevlilər təmiz şəhər tərəfdarıdır” hərəkatı həmçinin, paytaxt küçələrindən barrikadaların götürülməsinə çağırıb. Hərəkatın lideri İvan Prosenko ABŞ diplomatlarına müraciət edərək, Vaşinqtonun ölkənin iş işlərinə qarışmasına son qoymağa çağırıb.
.
