Kiyevdə meriya binasını müxalifətçilərdən geri almaq cəhdi uğursuz olub, polislər Maydanı tərk edir. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, xüsusi təyinatlılar mitinq edənlərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Buna baxmayaraq "Berkut" döyüşçüləri etirazçıların müqavimətini qıra bilməyiblər. Bundan sonra xüsusi təyinatlılar geri çəkilərək avtobuslara miniblər. Etirazçılar isə bu zaman avtobusları mühasirəyə alıblar. Mitinq iştirakçıları həmçinin meriya binasına doğru əlavə qüvvələrin gəlməsinin də qarşısını alıblar. Qeyd edək ki, hazırda Kiyevdə etirazçılarla milis arasında qarşıdurmalar dəvam edir.
.