Ukraynanın paytaxtı Kiyev şəhəri döyüş meydanına çevrilib. Müxalifət nümayəndələri artıq yerli nazirliklərdən birini ələ keçirib. Ukraynanın Kənd Təsərrüfatı Nazirliyinin binası müxaliflərin qərargahı kimi istifadə edilməyə başlanılıb.
Nazirlik ötən ilin dekabr ayından mühafizə edilmədiyi üçün silahlanmış narazı kütlə asanlıqla binaya daxil olub. Hazırda "Avropa" meydanından Qruşevski küçəsinə kimi ərazilər müxalifət tərəfindən istehkamlaşdırılıb.
Ukrayna hökuməti isə ölkədə fövqəladə vəziyyət elan etməyə və genişmiqyaslı əməliyyatlar keçirməyə hazırlaşır. Vitali Kliçkonun ultimatumundan sonra müxalifətə qarşı ciddi müdaxilə gözlənilir. Narazı kütlənin sona qədər mübarizə aparacağını açıqlaması isə ölkədə tərəflər arasında qan tökülməsini istisna etmir.
.