Rəsmi Kiyev Ukraynanın Kramatorsk şəhərində başlanan xüsusi əməliyyatın aktiv fazasını dayandırmaq fikrində deyil.
Yenizaman.az-ın "RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün "Facebook” səhifəsində yazıb.
"Xüsusi əməliyyatın aktiv fazası sübh tezdən bərpa olunub. Dayanmırıq” - deyə nazir qeyd edib. Onun sözlərinə görə, Kramatorskda televiziya qülləsi etirazçılardan geri alınıb. Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın döyüşçüləri həyata keçirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin və "Pravı Sektor"un döyüşçülərinin həyata keçirdikləri əməliyyat nəticəsində 10 nəfər etirazçılardan öldürülüb və 30 nəfər ağır güllə yaraları ilə xəsarətlər alıblar.
.
