Yanvarın 23-də Ukraynanın paytaxtı Kiyevdə etiraz aksiyası iştirakçıları təkərləri yandıraraq polisin onlara yaxınlaşmasına imkan vermirlər. Şəhəri qara tüstü bürüyüb. Dünən baş vermiş toqquşmalrda azı 3 nəfər həlak olub. Qarşıdurma bu gün də davam edir. Əsas müxalifət partiyaları tərəfdarlarını zorakılıqdan çəkinməyə çağırıblar. Amma onlar həm də xəbərdarlıq edirlər ki, prezident Viktor Yanukovych erkən seçkilər təyin etməsə etiraz aksiyaları zorakılıqlara çevrilə bilər.
