Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Aşağıdakı şəxslər Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib:

Dövlət orqanlarından:

-Quliyev Cəmaləddin Həsən oğlu

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

-Həsənov Rasim Aydın oğlu

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri

Hümbətov İntiqam Rəsul oğlu

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri
Kütləvi informasiya vasitələrindən:

Həsənov Həsən Zal oğlu
"Xalq qəzeti”nin baş redaktoru

Hüseynov İlqar Məmməd oğlu
"Trend” İnformasiya Agentliyinin baş direktoru

Quliyev Bəhruz Vaqif oğlu
"Səs” qəzetinin baş redaktoru

Jurnalist təşkilatlarından:
Əskərov Ramiz Baxşəli oğlu

Azərbaycan Jurnalistlər Birliyinin baş katibi
Mirzəyev Ayaz Nizami oğlu

"Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri
Rüstəmov Əvəz Cahangir oğlu

"Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri.

.