Ukrayna Silahlı Qüvvələri “Rivne” atom elektrik stansiyasının (AES) yaxınlığındakı əraziləri minalayır və Belarusla sərhəddə ikinci müdafiə xəttini gücləndirir.
Bu barədə Ukraynanın “5-ci kanal”ı məlumat yayıb.
Qeyd olunub ki, Belarusa yaxın bölgədə, Belarus-Ukrayna sərhədində piyada və texnika əleyhinə minalardan ibarət ikinci müdafiə xətti qurulur.
Xatırladaq ki, bu müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin birləşmiş qüvvələrinin komandanı, general-leytenant Sergey Naev ölkənin şimal sərhədində yerləşən ərazilərin gücləndirilməyə başlandığını bildirmişdi.
.
