Türkiyə ilə Qətər Kabil Beynəlxalq Hava Limanında birgə fəaliyyət göstərəcəyi ilə bağlı razılıq əldə edib.
.
Bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Əfqanıstanın paytaxtı Kabilə çatan Türkiyə-Qətər heyəti Kabildəki Həmid Kərzai Beynəlxalq hava limanının və ölkədəki digər dörd hava limanının fəaliyyəti ilə bağlı Taliban administrasiyası ilə prinsipial razılığa gəliblər.

Danışıqların texniki heyətlər vasitəsilə davam etdirildiyi bildirilib.

.