Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə satılması ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə edildiyi bildirilir.

Bu barədə “Yeni Akit” qəzeti yazıb.

Məlumata görə, Ankara və Moskva S-400 sistemlərinin üçüncü ölkəyə satılması ilə bağlı razılaşmanın son mərhələsinə çatıb.

Nəşr iddia edir ki, məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstandakı təmasları zamanı həll olunub.

S-400 sistemlərinin mümkün alıcısı kimi Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir.

.