ABŞ-ın sabiq Prezidenti Donald Trampa qarşı irəli sürülən ittihamlar onun reytinqini artırıb, mövqeyini gücləndirib.

Bu barədə “BBC“ məlumat yayıb.

Bildirilib ki, keçirilən ən son rəy sorğuları Trampın ən yaxın respublikaçı rəqibi, Florida qubernatoru Ron DeSantisdən 37 xal irəlidə olduğunu göstərir. Belə ki, Trampın respublikaçı namizədlər arasındakı reytinqi 53%, DeSantisin 16%, keçmiş dövlət katibi Mayk Pensin reytinqi isə 4% təşkil edib.

Qeyd olunub ki, bir çox respublikaçı seçicilər Trampa qarşı irəli sürülmüş ittihamların siyasi motivli olduğunu düşünür.

Xatırladaq ki, Donald Tramp gələn il keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib.

.