
ABŞ və Rusiya prezidentləri arasında görüş avqust ayının 11-də baş tuta bilər.
Məsələ ilə bağlı anonim mənbələr “Fox News” kanalına məlumat veriblər.
Bildirilib ki, görüş yerinin keçiriləcəyi məkanlardan biri kimi İtaliyanın paytaxtı Roma şəhəri müzakirə olunur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək sammit Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ilk dəfə olacaq.
.