
ABŞ Prezidenti Donald Tramp ölkə konstitusiyasına düzəlişlərdən birini istifadə edərsə, 2037-ci ilə qədər, yəni 90 yaşı tamam olanadək vəzifəsində qala bilər.
Bu barədə Britaniyanın "The Daily Mail" qəzeti yazır.
Nəşr iddia edir ki, Ağ Ev 1951-ci ildə qəbul edilmiş 22-ci konstitusiya düzəlişindən istifadə imkanını nəzərdən keçirir. Belə ki, eyni şəxs iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilməz. Bununla belə, düzəlişdə eyni şəxsin ABŞ-nin hazırkı rəhbərinin istefası və ya ölümü halında üçüncü və ya dördüncü dəfə prezident vəzifəsini icra edə bilməyəcəyi göstərilmir.
Beləliklə, qəzetin yazdığına görə, prezidentliyə namizəd olacaq növbəti şəxs hazırkı vitse-prezident Cey Di Vens və ya Tramp özü ola bilər.
Lakin nəşr onu da yazıb ki, ABŞ Ali Məhkəməsinin bu qərara hüquqi baxımdan etiraz etməsi çətin olacaq.
.