“Tehran uranı 60%-dən yuxarı zənginləşdirsə, İsrail İrana zərbələr endirəcək”.

Bu barədə “Axios” portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrail Tehranın bu cür hərəkətlərinin Təl-Əvivi hərbi güc tətbiq etməyə təhrik edə biləcəyi barədə ABŞ və bir sıra Avropa ölkələrini xəbərdar edib.

“Axios”un digər rəsmiyə istinadən verdiyi məlumata görə, İran bu məsələdə İsrailin mövqeyindən xəbərdardır.

.