Tacikistan müdafiə nazirinin keçmiş müavini general Abduxalim Nazarzoda Ramit dairəsində keçirilən xüsusi əməliyyat nəticəsində öldürülüb.
Yenizaman.az  xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində generalın bir neçə tərəfdarı da öldürülüb.
Ramit dərəsində Tacikistanın güc strukturları ilə döyüşdən sonra 8 silahlının meyiti aşkar edilib. Onların arasında generalın da meyitinin olduğu bildirilib.
Xatırladaq ki, Tacikistanın Daxili İşlər Nazirliyi Nazarzoda qrupuna qarşı əməliyyatın başa çatdığını elan edib.
.