Keçid dövründə Suriya Prezidenti Əhməd əş-Şəraa Rusiya Prezidenti Vladimir Putindən keçmiş ölkə başçısı Bəşşar Əsədi təhvil verməsini istəyib.

Bu barədə “Al Arabiya” mənbələrə istinadən bildirib.

“Əş-Şəraa Rusiya Prezidenti Vladimir Putindən Bəşşar Əsədi məhkəmə üçün Suriyaya təhvil verməsini rəsmən tələb edib”, – telekanal qeyd edib.

Məlumatın təfərrüatları verilməyib.

.