NATO-nun Baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq.

Bu barədə “Politico” məlumat yayıb.

Yens Stoltenberq 2025-ci ilin fevralından etibarən Münhen Təhlükəsizlik Konfransının sədri vəzifəsini icra edəcək.

Qeyd edək ki, 2022-ci ildən vəzifədə olan Kristof Heusgen sədr vəzifəsini tərk edəcək.

Stoltenberq 2014-cü ildən NATO-nun Baş katibidir. Onu Baş katib vəzifəsində oktyabrın 1-də Niderlandın keçmiş Baş naziri Mark Rutte əvəz edəcək.

.